Ölkə

Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq

20 Aprel 2018 18:58
0 Şərh     Baxış: 3 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev deyib ki, qatarın Rusiyadan gələn mütəxəssislərlə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi artıq yekunlaşıb: "Avadanlıqlar quraşdırılıb, sazlanma işləri də aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir.

N.Paşayev qeyd edib ki, yeni qatarların istismar müddəti təxminən 31 ildir.

Onun sözlərinə görə, bu qatarların daha bir özəlliyi - hər bir vaqonunda 16 USB portu var, vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.