Ölkə

Azərbaycanda gəmilər səfərlərini dayandırdı

30 Mart 2018 11:31
0 Şərh     Baxış: 2 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC  baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

Milli.Az xəbər verir ki, QSC-nin Mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev APA-ya bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib.

Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC -yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.