Azərbaycanlı xanım Olimpiadada təbliğat aparıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Antidopinq Agentliyi (WADA) Cənubi Koreyanın Pyonqçanq şəhərində keçirilən 2018-ci ilin Qış Olimpiya və Paralimpiya oyunları çərçivəsində "Müstəqil müşahidəçilər" və "İdmançılar arasında təbliğat" proqramlarını təşkil edib. Həmin proqramların ilkin fazasında iştirak edən dörd ölkənin ekspertləri arasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva da var.

AMADA-dan Milli.Az-a verilən məlumata görə, o, Oyunlar zamanı "İdmançılar arasında təbliğat" proqramı çərçivəsində idmançılarla birbaşa ünsiyyətdə olub, onların dopinq barədə biliklərinin artırılması üçün geniş təbliğat aparıb.

Müstəqil müşahidəçilər oyunlar zamanı dopinqə qarşı fəaliyyətlərin keyfiyyəti və səmərəliyinə zəmanət vermək üçün dopinqin aşkarlanması prosesinin test planlarının hazırlanmasından tutmuş nəticələrin idarə edilməsinədək bütün mərhələlərində iştirak ediblər. Müşahidəçilərin rəy və təklifləri beynəlxalq olimpiya və paralimpiya komitələrinə çatdırılıb.

L.Hacıyeva WADA Təbliğat Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və Çexiya antidopinq agentliklərinin nümayəndələri ilə bir komandada çalışıb. Bu, AMADA üçün idmançılar arasında təbliğatın aparılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi baxımından gözəl imkandır.

AMADA-nın yaranmasından cəmi bir il keçməsinə baxmayaraq, Agentliyin təmsilçisinin WADA tərəfindən proqramın ilkin fazasına dəvət olunması uğurlu fəaliyyətin nəticəsi hesab oluna bilər.

Qeyd edək ki, AMADA 2016-ci ildən fəaliyyətə başlayıb və agentliyinin missiyasının hüquqi əsasını Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmış "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun təşkil edir.
Zəfər Tağı
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





