Ölkə

Könül Xasıyeva həyat yoldaşından danışdı: "Ayrıldıq, ona arvadlıq edə bilmirəm"

17 Yanvar 2018 19:36
13 Şərh     Baxış: 11 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Könül Xasıyeva ilk dəfə həyat yoldaşından danışıb.

Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda onurğa iflicindən əziyyət çəkən xanəndə "Səni axtarıram" verilişində deyib ki, ərindən ayrılıb. O, aparıcının "Çətin gününüzdə qohumlar sizə dəstək oldu" sualına belə cavab verib:

"Mənəvi cəhətdən hamı yanımda oldu. Maddiyə gəldikdə isə... Həmişə hamısını mən maliyyələşdirmişəm. Nəslin "maliyyə naziri" olmuşam. 9 uşaq oxutmuşam. Buna görə də gec ailə qurdum. Ömrümü uşaqlara həsr etdim. Çünki görürdüm ki, uşaqlar da bacı-qardaşım kimi oxuya bilməyəcək. 

Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. Oğlum Kazım da atasıyla nəfəs alır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.