Ölkə

Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi - FOTO

17 Yanvar 2018 13:07
7 Şərh     Baxış: 10 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Bizimləsən" verilişində Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 25 yaşlı Yeganə Məmmədova barədə yeni məlumat əldə edilib.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Baxşəliyev Yeganənin atası Firqəti studiaya dəvət edib.

Zaur "Yeganə bu gün gizli nömrədən atasına zəng edib. Nə dedi sizə?" sualı ilə kişiyə müraciət edib.

Qaçan gəlinin atasının canlı yayımda verdiyi açıqlamalar studiyadakıları təəccübləndirib:

"Dedi ki, mənim əmim oğlu Elməddinlə görüşmək istəyir. Elməddinin hardasa 30-dan yuxarı yaşı olar. Mən Elməddinə zəng edənə kimi Yeganə "otboy" verdi. Mənə də müəmmalı qaldı. Bilmirəm Elməddinlə niyə görüşmək istəyir. Yeganə "Hamıdan incimişəm, küsmüşəm" dedi. Səbəbini bilsəm, heç efirə çıxmaram. Qızımı 16 yaşında ərə verməkdə günahkaram. Amma bu vaxta qədər çalışmışam bütün əzablarına qatlaşım ki, o, çətinlik çəkdiyini hiss etməsin". 

Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.