Ölkə

Keçmiş polis əməkdaşını maşın vurdu - VİDEO - FOTO

11 Yanvar 2018 10:06
0 Şərh     Baxış: 1 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 10-u saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi "Mercedes Vito" markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala Rayon Polis Şöbəsində  polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mikroavtobus keçmiş polisi vurdu: vəziyyəti ağırdır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.