"Prezident İlham Əliyevin bu addımı millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin ifadəsi və etirafıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini ilk növbədə yürüdüdülən siyasətin, dünya səviyyəsində atılan addımların milli-mənəvi dəyərlərə verilən qiymətin davamı hesab etmək olar. Çünki bundan əvvəl "Multikultualizm ili" və "İslam həmrəyliyi ili"ndən sonra "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi düşüncə məhsulunun silsilə davamıdır. Bunlar dövlət başçısının milli və mənəvi dəyərlərə, tariximizə olan münasibətinin göstəricisidir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Professorun fikrincə, "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasını cənab İlham Əliyevin bilavasitə tariximizə, keçmişimizə, dövlətçiliyimizə olan təkcə dövlət başçısı, prezident kimi deyil, eyni zamanda bir insani münasibətin məhsulu hesab etmək olar: "Çünki Cümhuriyyət liderləri özlərini bu millətin yolunda fəda ediblər, şəhid olublar. Ötən əsrin əvvəllərində tarix məsələsi çox sərt qoyulmuşdu: Ya ayağa dur, tarixinə qayıt, dünya dövlətlərinin boy sırasında dayan, tarixi ərazilərinə sahib dur, öz milli dövlətçiliyini bərpa et və onu davam etdir, ya da sus, əri, mayeyə dön, böyük dövlətlərin istəyini reallaşdır və onların istədiyi əyri qabın tutumunu al! Bu tarixi məsuliyyəti dərk edən Avropanın qabaqcıl düşüncələrinə və Rusiya təhsilinə malik Cümhuriyyət liderləri ayağa durdular, Azərbaycanın istiqlaliyyətini başqa bir ölkədə, Gürcüstanda, Tiflisdə elan etdilər. Dünyaya bəyan etdilər ki, belə bir dövlət yarandı. İslam dünyasında ilk demokratik Cümhuriyyət quruldu.

Amma ordusu, heç nəyi olmayan istiqlalçılar güvən yerimiz olan Qafqaz-İslam Ordusunun köməyi ilə Azərbaycana gəldilər və ölkəni 23 ay idarə etdilər.

Bu mənada dövlət başçısı 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi ilə həm də bu cür insanların ruhunu şad edir. O, bu gün həm də Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirir. Ümumilli liderimiz deyirdi ki, bugünkü Azərbaycan 20-ci əsrin əvvəlində qurulmuş Cümhuriyyətin varisidir. Prezident İlham Əliyevin bu addımı bu varisliyə, eləcə də Ümumilli liderin vəsiyyət xarakterli düşüncələrinə olan bir münasibətdir. Ən əsası, bu cənab prezidentin özünün daxilində millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin bir ifadəsi və etirafıdır. Hesab edirəm ki, bu qərar bütün Azərbaycan xalqının ürəyindəndir. Fikrimcə, özünü Vətən yolunda qurban vermiş Cümhuriyyət liderlərinin ruhları indi çox şaddır ki, onların əməlləri, işləri ötən bu 100 il ərzində hədər getməyib, Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib".
Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi
Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl - 2017-ci il "İslam həmrəyliyi ili", 2016-cı il isə "Multikulturalizm ili" elan olunmuşdu.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
XƏBƏR LENTİ
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)





