Ölkə

Bakıda şok HADİSƏ: yolun ortasında bina tikirlər - FOTO

22 Dekabr 2017 10:32
7 Şərh     Baxış: 13 950

Bakı şəhərinin küçə və prospektlərində yaranan tıxaclar hər kəsi narahat edir. Buna səbəblərdən biri də yol kənarına tikilən qanunsuz tikililər, yolu, avtobus dayanacaqlarını zəbt edən müxtəlif obyektlərdir.

Milli.Az xəbər verir ki, belə obyektlərdən biri də hazırda təmir tikinti işləri gedən Binəqədi şossesində avtosfer.az saytının əməkdaşı tərəfindən qeydə alınıb. Şəkildən də gördüyünüz kimi, yol hələ tam hazır olmasa da, burada yeni bir obyekt tikilir. Maraqlıdır ki. düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb. Həmçinin vaxtilə səki ilə yolun hərəkət hissənin arasında olan yaşıllıq zolağında tikilən bu obyekt tam olaraq maneə yaradır. 

Bununla bağlı avtosfer.az-a açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bəzi adamlar elə düşünürlər ki, yerli icra hakimiyyəti orqanından icazə almaqla həyata keçirdikləri tikinti tam qanunidir. "Ölkəmizdə tikinti və şəhəralma normaları var. Həmin normalarda tam aydın şəkildə yazılıb ki, bütün tikililər şəhərin planına, yol-nəqliyyat infrastrukturuna uyğun olmalı, insanların rahatlığını, fasiləsiz, təhlükəsiz hərəkt şəraitini pozmamalıdır. Amma obyekt həm səkini, həm də yolun hərəkət hissəsini tutursa və yaşıllıq ərazisində tikilirsə gələcəkdə tıxac mənbəyinə çevriləcək. Çünki onun nə ön hissəsində, nə də arxasında avtomobillər üçün parklanma yeri yaratmaq mümkün deyil. Ona görə də həmin obyektə gələn insanlar öz avtomobillərini ya yolun hərəkət hissəsində, ya da arxada - səkidə parklamalı olacaqlar. Bu isə Binəqədi yolunda yeni tıxac mənbəyinə çevriləcək. Bu səbəbdən də belə tikintilərin qarşısı dərhal alınmalı, buna icazə verən və tikintini həyata keçirən şəxslər isə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalanmalıdır ki, digər belə fikirdə olanlara da dərs olsun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

7 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.