Ölkə

Mübariz Mənsimovun bacısı Brilliant Dadaşovaya görə CANLI EFİRƏ ZƏNG ETDİ - FOTO

19 Dekabr 2017 15:55
14 Şərh     Baxış: 17 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün prodüser Tolikin aparıcısı olduğu "Bu bizik" verilişinin qonağı xalq artisti Brilliant Dadaşova olub.

Milli.Az xəbər verir ki, Tolik Brilliant xanımla söhbətini yarıda saxlayaraq "Brilliant xanım, bizim Türkiyədən zəngimiz var" deyib. 

Canlı yayıma qoşulan xanım "Həyatım, aşkım. Səni çok seviyoruz, canım bənim" sözləri ilə xalq artistinə sevgisini dilə gətirib.

Brilliant xanım öz növbəsində sözügedən xanıma təşəkkürünü bildirib: "Çox sağ olun, Zərnişan xanım. Minnətdarıq sizə. Türkiyəmiz, Azərbaycanımız var olsun".

Verilişin aparıcısı Tolik telefon xəttində gözləyən xanıma "Zara xanım, hər vaxtınız xeyir olsun. Qardaş Türkiyəyə buradan salam. Mənim üçün çox böyük qürurdur ki, bu gün bizim Azərbaycanın igid oğlanlarından biri, Lənkəranımızın fəxri olan Mübariz müəllimin bacısı efirdədir. Şərəf verdiniz, çox sağ olun ki, verilişimizə baxırsınız. Brilliant xanımın rəfiqəsisiniz" sözləri ilə təşəkkür edib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.