Azərbaycanda bu da oldu: aparıcı canlı yayımda EVLİLİK TƏKLİF ETDİ - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan efirində görünməmiş hadisə baş verib.
Milli.Az xəbər verir ki, "Xəzər" telekanalının "Nuş olsun" verilişinin aparıcısı Ağakərim Şamidzadə iş yoldaşı olan Gülnar adlı xanıma öz verilişində evlilik təklifi edib.
Evlilik təklifinin ən maraqlı məqamı isə studiyada onunla birlikdə veriliş aparan Gülnara Ağakərimin hazırladığı sürpriz olub.
O, xanıma italyan mətbəxinin şiriniyyatı "tiramisu" hazırlayacağını, amma hazırlanma qaydasını sirr olaraq saxlayacağı üçün gözlərini bağlamalı olduğunu bildirib. Gülnar öncə bu təklifi qəbul etməsə də, razılıq verib. Sevgilisinin gözlərini bağlayan aparıcı "tiramisu" hazırlayırmış kimi özünü göstərsə də, aşbaz geyimini canlı yayımda altından geyindiyi kostyumla əvəzləyib. "Tiramisu"nun hazır olduğunu bildirən aparıcı Gülnara "gözünü aça bilərsən" deyib. Sevdiyi xanım aparıcını fərqli geyimdə, əlində çiçək qarşısında görüb. Telekanalın digər əməkdaşları da studiyaya daxil olublar və aparıcı sürprizini açıqlayıb:
"Deyəcəyim sözlər var. Nə az, nə çox, düz 10 il bundan əvvəl bu bədəndən çıxan ruhu sən yenidən mənə qaytarmısan. Mən böyüklərdən üzr istəyirəm. Amma bu addımı atmalıydım. Çünki mənim ürəkdən gələn pak niyyət və xoş istəyim var.
Soyuducuya yaxınlaşan aparıcı "Hər zaman burada hazırladığım yeməklər olar" deyərək, orada gizlətdiyi üzüyü sevdiyi xanıma təqdim edib:
"Allahın izni ilə sənə evlilik təklifi etmək istəyirəm. Mənə ərə gələrsənmi? Həyatın enişində-yoxuşunda, yaxşısında-yamanında mənimlə birlikdə olarsanmı?"
Aparıcının təsirli sözlərinə sevdiyi xanım "Hə" deyib.
Verilişdən sözügedən kadrları təqdim edirik:
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
XƏBƏR LENTİ
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma
-
Bakıda 37 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi





