Ölkə

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul sayı artdı

21 Sentyabr 2017 15:51
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar olaraq ötən illə müqayisədə bu il magistraturaya qəbul olunan oğlanların sayı 73,9% artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə imtahan nəticələrində müsbət dinamika müşahidə edilib.
 
Y.Piriyev qeyd edib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb: "Ötən illə müqayisədə sənəd verib, imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Magistraturaya sənəd verənlərin sayının azalmasının əsas səbəbləri arasında imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin kəskin azalması və yalnız gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sənəd verməsi yer alıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.