"Bura cəhənnəmi xatırladır, həyatla ölüm arasında mübarizə aparırıq" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2 ünvanındakı 17 saylı yataqxanada yaşayan sakinlərin adından Milli.Az-a məktub daxil olub. Məktubda deyilir:
"İnanın, hər il payız və qış ayları gələndə ürəyimizdə sıxıntılar, narahatlıqlar başlayır. Yataqxananın dözülməz şəraiti bizi son həddə çatdırıb. 23 ildir ki, doğma yurdumuz olan Cəbrayıl və Zəngilan rayonlarından məcburi olaraq köçkün düşmüşük. Erməni vəhşiliyinin şahidi olmuşuq, hətta bəzi qohumlarımız Vətən uğrunda şəhid olublar. Yataqxanada yaşayan 7 ailə yerli sakinlərdir. Necə deyərlər ki, onlar da bizim kimi ağır şəraitdə yaşayırlar.
23 ildir ki, Bakı şəhərində dözülməz şəraiti olan yataqxanada yaşıyırıq. Əgər buna yaşamaq demək olarsa... 30 ailə, təxminən 100 nəfərə yaxın olan və insan həyatı üçün təhlükə sayılan yataqxanada dözülməz şəraitə görə həyatla ölüm arasında mübarizə aparırıq".
Yataqxananın cəhənnəmi xatırlatdığını bildirən sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə kollektiv şəkildə rəsmi dövlət orqanlarına müraciət ediblər. El arasında deyildiyi kimi, suda boğulmuş insanlar kimi imdad axtarırlar:
"Yataqxana 1946-cı ildə tikilmişdir. Hal-hazırda qəzalı vəziyyətdədir. Dəhlizdə, mətbəxdə, divarlarda, döşəmədə çatlar, qırıntılar əmələ gəlmişdir. Yağışlı və qış aylarında yataqxananın içərisinə su dolur. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi vardır, kanalizasiya, su xətləri sıradan çıxmışdır, yataqxananın içərisində antisanitariya hökm sürür. Gəmiricilər və infeksion xəstəlik daşıyan həşəratlar yataqxanada məskən salmışdır. Burada yaşayan insanlar arasında infeksion xəstəliklər yayılmışdır. Körpə uşaqlarımızı çölə-bayıra buraxmırıq ki, ya uçqun altında qalacaq, ya da ki, xəstəliyinə tutulacaqlar. Təsəvvür edin, 15-16 kv.m sahəsi olan kiçik bir otaqda 5-6 nəfərlik ailə necə yaşasın? Körpə və yaşlı insanların səhhətində ciddi problemlər yaranmışdır. Biz bütün müraciətimizdə aidiyyatı qurumların tibb işçiləri ilə birgə yataqxanaya gəlməyini istəyirik. O zaman faktı öz gözləri ilə görəcəklər. Axı bizim günahımız nədir?
Təəssüf ki, dərdimizə əlac edən, bu qədər dözülməz şəraiti olan yataqxana sakinləri ilə maraqlanan yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayonu İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etmişik. Bu qurumlardan heç biri dərdimizə əlac etmirlər. Bizə gələn cavab məktublar isə eyni şablon ifadələr olur, hansı ki, bir qurum məktubu digər quruma yönəldir. Heç bir nəticəsi yoxdur. Yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə məxsusdur. Eyni zamanda Sabunçu Raron İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir. Neçə illərdir ki, ölümlə üz-üzə qalmışıq. Bu səbəbdən yataqxanada tez-tez bədbəxt hadisələr baş verir".
Qeyd edilir ki, 2016-cı ilin iyul ayında yataqxananın mətbəx və dəhlizin tavan hissəsindən uçma hadisəsi baş verib. Həmin vaxt 6 yaşlı uşaq mətbəxin çürümüş taxta döşəməsinin qırılması səbəbindən başından ağır xəsarət alıb. Həmçinin 17 saylı yataqxanada yayılmış infeksiya səbəbindən 4 yaşlı körpə 2013-cü ildə beyninə mikrob düşməsi nəticəsində yataq xəstəsi olmuşdur. Uşaq o vaxtdan yeriyə bilmir.
Sakinlər müvafiq qurumlardan bütün bunları nəzərə alaraq təcili ölçü götürülməsini, problemin tezliklə həll edilməsini istəyirlər.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Azərbaycanda professor vəfat etdi
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





