"Xalqın ürəyidir, məzarım mənim" - Bayram Kürdəxanlı dəfn olundu - YENİLƏNİB - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:04
Bu gecə Bayram Kürdəxanlı faciəvi şəkildə dünyasını dəyişib.
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Bayramın ölüm xəbərini eşidən kənd camaatı, dostları onun evinə baş çəkib. Saat 14:00-da yerdən götürülən mərhum Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu.
Dəfndə iştirak edən sənət dostları Bayram haqqında xoş sözlər danışıb, ruhuna fatihə verdilər. Meyxanaçı Namiq Məna isə gözyaşları içində bunları dedi:
"Bir ömür yaşadım, arın-arxayın
Zirvələr dolandı güzarım mənim
Məni dəfn etməyə yer axtarmayın,
Xalqın ürəyidir məzarım mənim...
Bayram elə bir sənətkardır ki, bu cümlələri ona ithaf etmək olar. Onun barəsində danışmaq mənim üçün çox ağırdır. Həmişə mənə deyərdi ki, Namiq, mənə bir şey olsa, qardaşım oğlu Rəcəbdən muğayat oldu. Bayramın bir cavan qardaşı rəhmətə getmişdi, onun adını kiçik qardaşının oğluna qoymuşdular. Deyirdi, onu sənə tapşırıram. Bayram çox savadlı idi. Tarixi, ədəbiyyatı gözəl bilirdi. Misilsiz bədiyyə ustası idi. Çox istərdim ki, onun haqqında gözəl bir veriliş hazırlansın. Bayram biz bədiyyəçilər üçün böyük məktəb idi. Yatsaydım, yuxuma da gəlməzdi ki, Bayram öləcək.
Ona həmişə deyirdim ki, Bayram özünü qoru. Onun da öz dərdi vardı. Bir ziyalı bacısını, qardaşını itirmişdi. Biz tez-tez onunla məclislərdə olurduq. Dərdini mənimlə bölüşürdü. O, fitri istedad idi. Zamanında mən də ondan bəhrələnmişəm. Dünən günorta onunla azı 1 saat danışdım. Dedi, gəl bir mahnı üzərində işləyək. Sözləri də belə idi: "Vaxt tapan başını qaşıyır, Əzrayıl adam daşıyır... bu dünyadan"... Yazığın elə bil ürəyinə dammışdı. Mən bu ölümlə barışa bilmirəm".
Videonu izləmək üçün şəklə klikləyin:
-----------
12:08
Xəbər verdiyimiz kimi, meyxanaçı Bayram Kürdəxanılını maşın vurub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hazırda Bayramın nəşi Kürdəxanı kəndində yaşadığı evinə gətirilib. Yaxınları, sənət dostları onun mənzilinə toplaşıblar.
Meyxanaçı bu gün saat 14:00-da kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





