Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixlərində Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Foruma dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platforma kimi nəzərdə tutulub.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Şagird 1500 manat oğurlayıb dönər aldı
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"





