Ölkə

Azərbaycanda fabrikdə PARTLAYIŞ - ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB

27 İyul 2017 15:34
1 Şərh     Baxış: 9 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:34

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.
 
Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.
 
Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

-----------

13:21

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. 
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 
Partlayış nəticəsində daha iki nəfər - 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

---------

12:40

Hadisənin baş verdiyi "Lerik Broyler" MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur və onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Şirkət "Lebro" markası ilə toyuq istehsalı və satışı ilə məşğul olur.

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev APA-ya bildirib ki, baş verən partlayış nəticəsində iki nəfər yaralanıb. 

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.

----------

11:43

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb.
 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
 
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.