Ölkə

Özünü və qızını öldürmək istəyən Aysel Əlizadə: "Halım çox pisdir" - YENİLƏNİB - FOTO

21 İyul 2017 16:02
30 Şərh     Baxış: 16 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:02

Yazıçı-şair Aysel Əlizadənin özünü və uşağını öldürəcəyi ilə bağlı yazdığı status geniş müzakirələrə səbəb olub. Onun fikirləri insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az bildirir ki, Yeniçağ.az yazarla əlaqə saxlayıb. Bu barədə danışmaq istəmədiyini deyən Aysel statusunun xəbər saytlarında yer almasına etirazını da bildirib:

"Hər kəsin həyatında ruh düşkünlüyü yaşadığı zaman olur. Heç kim deyə bilməz ki, ömrüm boyu bir dəfə də olsun psixoloji sarsıntı keçirtməmişəm. Mən də adi insanlardan biriyəm və bu halı yaşayıram. Hazırda halım çox pisdir. Buna səbəblərim var, hələ ki açıqlamaq istəmirəm, vaxtı çatanda deyəcəm. İnsan öz zəifliyini göstərirsə, bu, həm də onun güclü olması deməkdir. Mən gizlətmirəm bunu. Sadəcə olaraq yazdım, insanların məsləhətlərini eşitmək istəyirəm. Anam da yanımdadır. Psixoloqa da müraciət edəcəm".

------------

15:43

Tanınmış yazıçı-şair Aysel Əlizadə ictimai şəkildə intihar anonsu verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  eks aparıcı bu barədə "Facebook" səhifəsində bəyan edib.

"Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığında özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə, ikimizi də öldürüm. Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə ""intihar həddində insanlardan kömək istəyin" demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm..."

A.Əlizadə bu fikrə düşməyinin səbəbini açıqlamayıb.

Aysel Əlizadə şairə Kəmalə Abıyevanın qızıdır. Ramin Hacılı ilə evlidir. Onun tanınmış yazar Aqşin Yeniseylə nikahından bir qızı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.