Ata 3 xəstə övladı üçün yardım diləyir - "Nə olar, biganə qalmayın!" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Özüm xəstəyəm, bazarda araba sürürəm, gündəlik 3-5 manat qazanıram".
Ağdaş şəhəri Sabir küçəsi ev 16 ünvanında yaşayan Cavadov Ceyhun Əvəz oğlu xəstə uşaqlarının müayinə və müalicəsi üçün ailəyə yardım edilməsi məqsədilə Milli.Az vasitəsilə imkanlı şəxslərə müraciət edib.

Atanın sözlərinə görə, ailədə üç övlad var, üçü də xəstədir: "Onlardan ikisi ağır xəstədir. Qızım Ülviyyənin 15, oğlum Elgünün 13, İsmayılın isə 11 yaşı var. Onları müayinə və müalicə etmək lazımdır. Övladlarımın iynə-dərmana ciddi ehtiyacı var. Onlara xəstəlikləri inkişafdan saxlamaq üçün mütləq müalicə lazımdır. Amma qiymətli heç nəyim yoxdur ki, heç olmasa, satım müalicə etdirim.
Mən özüm də xəstəyəm, amma əsas övladlarımdır. Ağdaşda bazarda araba sürürəm, gündəlik 3-5 manat qazanıram, o da çörəyə, yeməyə ancaq çatır. Uşaqları heç həkimə aparmağa belə imkanım yoxdur. Yoldaşım isə işləmir, evdə uşaqlara baxır. Ev də öz evin deyil, atamın evində yaşayırıq. O da artıq köhnədir, pis gündədir.
Ona görə də uşaqlarımın üçün, onların müalicəsi üçün az və ya çox imkanı olan hər kəsdən kömək istəyirəm. Həkimlər deyir ki, bu uşaqlar ömür boyu iynə-dərmanla yaşamalıdırlar. Bizim isə dava-dərmana pulumuz yoxdur.

Mən savadsız adamam, xəstəliklərin adını da dəqiq bilmirəm. Onu bilirəm ki, Elgün skolioz xəstəliyindən və İsmayıl isə beyin xəstəliyindən əziyyət çəkir. İmkanlı şəxslərdən xahiş edirəm. Nə olar? Biganə qalmasınlar, balarıma kömək etsinlər. Kimin nəyə imkanı, gücü çatırsa, yardım etsin, çox xahiş edirəm. Allah bütün yardım edənlərin əvəzini min qat versin".
Qeyd edək ki, Cavadovlar ailəsi həddən artıq yoxsul olduğundan evlərində stasionar və ya mobil telefon yoxdur. Əlaqə saxlamaq istəyənlər qonşunun 050 5060399 nömrəsinə zəng edə bilərlər.
Bank hesabı:
Kapital Bank
Hesab nömrəsi: AZ30AIIB41010019440218064160
Hesab nömrəsi uşaqların anası Cavadova Şəfaqət Nurəddin qızının adınadır.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
XƏBƏR LENTİ
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?





