Ölkə

Bakıdakı ana ölümünün dəhşətli səbəbi - Həyatını bir oğula qurban verdi...

14 İyul 2017 13:05
16 Şərh     Baxış: 2 714

İyulun 12-də Respublika Perinatal Mərkəzdə ana ölümü hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova azvision.az-a bildirib ki, iyulun 10-da Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalə rayon mərkəzi xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzə daxil olub.

"36 həftəlik hamiləlik dövründə uşağın baş gəlişi ilə bizə müraciət edən qadını patologiya şöbəsinə yerləşdirdik. Bir sutka ərzində həmin qadın müayinələrdən keçirildi və hamiləliyi sonlandırmaq barədə qərar qəbul edildi. Bu, qadının 8-ci hamiləliyi idi. Belə ki, həmin qadının bundan əvvəl 5 doğuşu olub. 5 doğuşdan 2 qız, 3 oğlan dünyaya gətirib. Oğlan uşaqları doğuşdan sonra ölüb. Bundan əlavə ananın 3-dən artıq uzun müddətlik, yəni 12 həftədən böyük selektiv abortları qeydə alınıb. Qız uşaqları olduğu üçün abort etdirib. Axırıncı abortdan sonra fəsadlaşma olduğundan həkimlər ona hamilə qalmağı qadağan ediblər. Buna baxmayaraq, qadın hamilə qalıb. Oğlan olduğu üçün hamiləliyi 36-cı həftəsinə qədər davam etdirib". 

S.Məmmədova bildirib ki, ananın vəziyyəti yaxşı olmadığı üçün təbii yollarla hamiləliyini sonlandırmaq qərarına gəlinib. "Doğuş baş tutduqdan sonra 3700 qram anemiyalı, fiziki sarılıqlı oğlan uşağı dünyaya gəlib. Anada erkən zahılıq dövründə uşaqlığın divarları nazik olduğu üçün apenik qanaxma baş verib. Reanimasiyon tədbirlərə baxmayaraq, qanaxmanın qarşısını ala bilmədik. Buna görə xəstə əməliyyata götürüldü. Əməliyyatın icrası zamanı xəstədə ürək dayanması müşahidə olunurdu. Biz ürəyin fəaliyyətini bərpa edib, əməliyyatı sonlandırdıq. Sonra xəstə reanimasiya şöbəsinə yerləşdirildi.

Səhərə yaxın saat 4 radələrində Kəmalənin ikinci dəfə ürək fəaliyyəti dayandı və biz ürəyin fəaliyyətini yenidən bərpa etdik. Amma səhər 9-da üçüncü ürək dayanma müşahidə olunanda onun həyatını xilas etmək mümkün olmadı. Saat 09:25-də xəstənin bioloji ölümü təsdiq olundu. Bununla bağlı iyulun 12-də şəhər prokurorluğuna məlumat verildi.

İlkin rəy anada apenik qanaxma və ürək-damar fəaliyyətinin çatışmamazlığıdır. Uşaqda qanın parçalanması baş verdiyi üçün əvəzləmə qan köçürülür. Hazırda uşağın vəziyyəti normaldır. Sağ qalması üçün əlimizdən gələn hər şeyi edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

16 Şərh:

  • Anonim
    aygun · 14 İyul 13:1130

    Mend de oqlan dogacaqdim amma qorxdum uje 1 oglum 1 qizim var besimdir qorxdum

    Cavab yaz
  • Anonim
    konul · 14 İyul 13:1641

    ay cahil qadin var idide usaqin mutleq oqlan dogmali idin Allah gismet etseydi evvelkileri almazdi yaziq oldun usaqlarda yetim qaldi neyse Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    Nara · 14 İyul 13:1641

    Indi o abort elediyi canlarin hesabini vermek vaxtidir

    Cavab yaz
  • Anonim
    aea · 14 İyul 13:2130

    Allah rəhmət eləsin...yazıq.... qismət olmadı körpəsini böyütmək....

    Cavab yaz
  • Anonim
    Fr · 14 İyul 13:2440

    Allah rehmet eylesin, heyif bir ana vaxtsız köçdü dünyadan, Allah yaxınlarına sebr versin, gerek hekimleri dinliyeydi.

    Cavab yaz
  • Anonim
    Nazani · 14 İyul 13:2640

    Bu da ogul hevesine qurban getdi axi indi hansi zemanedir ogul qiz axtarirlar menim bew uwagim var uc qiz iki oglan vallah men onlarda ele ferq qormurem her meyvenin oz yeri oldugu kimi her ovladin da oz yeri var amma cox vaxt oglan uwaqlari valideynden daha cox asili olurlar ona gore qiz uwaqlari ata anaya daha cox komek edieler 17 nevem var onlardan on biri qizdir men qiz uwaqlarini cox sevdiyim ucun allah teala meni mukafatlandiribmenim wexsi fikrim o qeder uwagi olen ana gerek yeni hamilelik haqqinda hec fikirlewmeyeydi cunki allah teala bizim ucun ne edirse en gozelini edir

    Cavab yaz
  • Anonim
    Leyla · 14 İyul 13:2731

    Cahil insanlar, ogul deyib canlarini puch edirler...

    Cavab yaz
  • Anonim
    A.L · 14 İyul 13:5441

    Allah rehmet elesin. Adam bilmir esebinden ne yazsin. Sene lazim idi mutleq oglan dogmaq ??? Qizlarin var idi oturub- durub sukur eleyeydin de .Hamisi ereb tefekkurunun qurbanlaridir. O qeder qiz usaqlarini qarnindaca qanlarina qeltan eleyende fikirlesmeliydi ki, onlarin bir gun ahi tutacaq. Qadinin babalini yumaq da istemirem .Belke de onu eri mecbur eleyirmis ki, oglan dogsun. Eger eledise bu qadinin hem olumu hem de butun gunahlari onun boynundadir.

    Cavab yaz
  • Anonim
    teselli · 14 İyul 13:5531

    insanin cahilliyine bax. qiz usagidi deye abort eleyib. vacibdimi bu qeder hamile qalmaq. hami ozunu agilli sayir. ne ise. Allah rehmet elesin.Allah komek olsun balaya

    Cavab yaz
  • Anonim
    . · 14 İyul 14:4731

    Nə danışırsiz?Başlığı elə yaziblar siz də yazirsiz.SəhiyyƏ oğul söhbətini atib ortaya.Guya qiz doğulsaydi öldürməyəcəkdilər ananı

    Cavab yaz
    • Anonim
      ** · 14 İyul 17:1720

      bu anani sehiyye yox eee ona mecbur oglan dogacaqsan deyen adamlar oldurdu, xeberi diqqetle oxu da bir, o qeder abortdan sonra hekimler qadagan ediblermis ona hamile qalmagi , bu adam ozunu konullu suretde olumun pencesine atib

      Cavab yaz
      • Anonim
        . · 14 İyul 18:3210

        Xəbəri oxumadan fikir bildirmək olar!Nə danişirsan.İkincisi də dedilər sən də inandin.Abortdan sonra icazə yox imiş doğmağa.Hər nə deyirlər inanirsiz hamınız ona görə bu gündəyik

        Cavab yaz
        • Anonim
          ** · 14 İyul 22:2430

          Xeberi oxumadan fikir bildirirsense demek ki, cox qeyri-deqiq insansan ve sadece serh yazmaq namine nese yazirsan. Dediler men de inandim sohbeti deyil burda. Merhuma aid sexsi gostericiler deyisdirile bilmez her halda. Qan rezusunun menfi olmasi, coxsayli abortlarinin olmasi, 2 defe olu usaq dunyaya getirmesi bele faktlardandir meselen . Az-cox agli qatiq kesen adam anlayir ki, anada qan menfi rezusludursa birinci hamilelikden sonraki hamilelikler ozunde boyuk riks dasiyir hemise. Hem ananin heyatina gore hem de dolun. Bele hallarda da hekimler bir qayda olaraq hemise xeberdarliq edirler evvelceden. Men adamlar taniyiram sud vezisi xercengi ola-ola israrla usaq dunyaya getirib olumlerini daha da suretlendiribler. Her seyi hemise sehiyyenin boynuna yixmaq lazim deyil. Insanlar bezen ozleri oz heyatlarini oyuncaga cevirirler.

          Cavab yaz
  • Anonim
    xxxx · 14 İyul 15:2220

    O biri dünyada qadın başa düşəcək ki, ölümlü dünyadı bu qədər oğlan uşağı istəməyinə dəyməzdi. Öldü getdi, noolsun lap dünyaya gətirdiyi oğlu sağdı, nə mənası var ki vallah heçnə. Uşağın atasıda az-çox başa düşər bunu, Oğlu oldu noolsun, ana olmadıqdan sonra lap 5 oğlu olsun, kişi üçün heç bir əhəmiyyət kəsb etmir, heç uuşağada baxmayacaq əminəm, atacaq birinin qucağına vəssalam.

    Cavab yaz
  • Anonim
    Allah Bendesi · 14 İyul 15:3710

    Men bu xanımı qınamaram, belke ailesi mecbur edib ki mütleq oğlan olsun.

    Cavab yaz
    • Anonim
      meley · 15 İyul 09:2300

      Salam xanımlar size qerar vermek asandi üç qizim var dünyaya deyer iki defe abort etmişm qiz olub deye evdekiler deyib et öz raziliqim olmayib aborta abortlarda ölümen dônmüşem daha qeti şert kesmişem doğmuyacam deye ama size asandi kimise teqir yada dalinca danışmaq toxun acdan xeberi olmuyan kimi sizinde oğlu olmayan anadan xeberiniz olmaz oğul heç bir anaya tac qoymayib ama bunu er başa düşmür Allah rehmet etsin şehid anaya o qadin öz canın qurban verib övlad yolunda

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.