Qazax-Bakı qatarında HƏYƏCANLI ANLAR - Silahlı şəxs saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun yaşadığı evdə odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cabbarov saxlanılıb və onun yaşadığı evin həyətində istifadə olunmayan tikiliyə baxış zamanı orada gizlədilən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli "Karabin" markalı tüfəng, "RQD"-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülüb.
Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də analoji əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Maştağa qəsəbə sakini Sahib Əliyev Albalılıq bağ massivində şübhəli şəxs qismində tutulub. Onun üzərinə baxış zamanı əynindəki gödəkçənin altında gizlətdiyi 1 ədəd nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat silahı aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, avtomatı bir müddət Albalılıq massivində yaşayış olmayan bağ evlərinin birinin həyətində qazaraq gizlədib. Amma sonradan odlu silahı gizlətdiyi yerdən çıxararaq yaşadığı evə aparmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Belə ki, Baş İdarəyə Qazax-Bakı qatarının vaqonlarından birində olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Rasim Nəcəfovun üzərində odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
NBPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə R.Nəcəfov Bakı Dəmir Yol Vağzalında saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd "Makarov" markalı tapança və içərisində 5 ədəd patron daraq aşkar olunaraq götürülüb.
Qeyd edilən hər 3 faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir” - Seren Serengil
-
Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)
-
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri - (Foto)
-
Brilliant Dadaşovanın arxivi - (Foto)
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
XƏBƏR LENTİ
-
Diş çürüməsi tarixə qovuşur: Yeni gel sürtülən kimi dişi bərpa etməyə başlayır
-
Klassik turşuları unutduran ləzzət: Gavalı turşusu resepti
-
Soda və sirkə ilə yastıqdakı sarı ləkəni ağappaq edin
-
Kartofu soyduqdan sonra qaralmaması üçün nə etməli?
-
“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir” - Seren Serengil
-
Gəzərkən telefondan uzaq durun: səbəb
-
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı - Yenilənib
-
Tramp Ayı da "özününküləşdirdi"
-
Şarl Lekler "Formula-1"də qəza törətdi, görməsi pisləşdi
-
Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Koxalski azarkeşlərlə sağollaşdı
-
Azərbaycan futboluna ağır itki - (Foto)
-
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri - (Foto)
-
Brilliant Dadaşovanın arxivi - (Foto)
-
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı





