İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə 5 qurum memorandum imzaladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə 5 qurum memorandum imzalayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, memorandum Bakı şəhər Baş Polis İdarəsi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanıb.
Müqaviləyə əsasən, adıçəkilən qurumlar "Poçtap" xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də, vətəndaşları "Poçtap" xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.
Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və "Şəbəkə" xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir.
Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də "Şəbəkə" xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı halda telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.
Eyni zamanda, sənədini itirmiş şəxs "Poçtap" xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, "169" saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı halda itirilən sənədi axtarışa verə bilər.
Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sonra sənəd təyinatı üzrə aidiyyəti orqana (Daxili İşlər, Xarici İşlər, Təhsil Nazirliklərinə və.s) təqdim edilir.
Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
XƏBƏR LENTİ
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib





