Valideynin uşağı üçün tualet və korpus davası, direktorun əks arqumentləri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valideyn: "Korpusu dəyişməmək üçün hər uşaqdan 20 manat istənilib".
Direktor: "Məktəb 5 və 7 yaşlı uşaqlar arasında məcburi seçim etməli oldu".
"Direktor elə bir vəziyyət yaradıb ki, uşağımı məktəbə göndərməyə qorxuram".
Bunu övladı Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən 274 saylı məktəbin ikinci sinfində təhsil alan valideyn Xəyal Bayramov Milli.Az-a şikayətində belə deyib.
Valideyn deyir ki, sözügedən məktəbin iki korpusu var. Bir korpusda ibtidai siniflər, digərində isə 5-ci sinifdən yuxarılar yerləşdiriliblər. Lakin ötən həftədən etibarən məktəbin direktoru Atakişi Cəfərov təhsil müəssisəsində olan on iki II sinifdən dördünü böyüklər oxuyan korpusa köçürüb: "Təsəvvür edin, ikinci sinif uşaqları 11-ci siniflərlə eyni binada olurlar, onların istifadə etdiyi tualetə gedirlər, hansı ki, orada yuxarı sinif şagirdləri siqaret çəkirlər. Uşaqların tənəffüslərdə dəhlizə çıxması isə çox təhlükəlidir. Balacaların ora-bura qaçan böyük sinif uşaqlarının ayaqlarının altında qalmaq, xəsarət almaq təhlükəsi var".
Direktorun bu addımının səbəbinə gəlincə isə valideyn iddia edir ki, A.Cəfərov pul verməyən sinifləri bu yolla cəzalandırmaq fikrinə düşüb: "Oğlumun oxuduğu sinif məktəbdəki digər siniflərdən fərqli olaraq müəllimlərə "hörmət" etmir. Bayramlarda-seyranlarda, müxtəlif bəhanələrlə tələb olunan pulu verməkdən imtina edrik. Bu səbəbdən də belə bir qərar verib Atakişi müəllim. Bildiyim qədər, korpusu dəyişməmək üçün də pul istənilib, hər uşaqdan 20 manat".
X.Bayramov əlavə edir ki, qərarla bağlı narazılıqlarını bildirmək üçün valideynlər yığılıb direktorun qəbuluna gediblər və orada aldıqları cavabdan təəccübləniblər: "Bizə deyir ki, əgər hansı valideyn uşağının böyüklərlə eyni tualetə getməyindən narahatdırsa, canı çıxsın, otursun məktəbdə, özü aparsın övladını tualetə. Belə tərbiyəsiz bir vəziyyət yaranıb. Adam açıq şəkildə bildirdi ki, çəkinəcəyi heç kim yoxdur, kimə və haraya istəyiriksə, şikayət edək".
Məsələ ilə bağlı Milli.Az qarşı tərəfin də mövqeyini öyrənib. Sözügedən məktəbin direktoru Atakişi Cəfərov Milli.Az-a açıqlamasında bildirib ki, valideynin şikayəti həqiqəti əks etdirmir:
.jpg)
"Bizim məktəbin əsas korpusu 1985-ci ildə inşa edilib və 1176 yerlikdir. Amma məktəbdə 3200 şagird təhsil alır. Mənim əlavə korpusla bağlı müraciətimdən sonra bu məsələ dövlət proqramına salındı və 2 il bundan əvvəl məktəb üçün 20 sinifdən ibarət köməkçi koprus tikildi. Yeni korpusda I və II siniflər birinci növbə, III və IV siniflər isə ikinci növbədə təhsil alır. Təhsil nazirinin bu il 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq kurslarının yaradılması ilə bağlı əmrindən sonra bizim məktəbdə də 9 qrup yaradıldı. Oraya gələnlərdən bəzi uşaqlar hətta 4 yaş yarımlıqdır. Həmin qrupları əsas korpusda yerləşdirə bilmədiyimiz üçün və burada böyük siniflərin olduğunu nəzərə alaraq, yeni korpusda 11 otaq I siniflər və 9 otaq məktəbəqədər hazırlıq qrupları üçün ayrıldı. Mən II siniflərin valideynlərinə də demişəm ki, yeni korpusa qədər hamı əsas korpusda təhsil alırdı. Əsas korpusun otaqları işıqlı və genişdir, fərdi qazanxanası var, siniflər də isti olur. II siniflərə də məktəbin ən yaxşı otaqları ayrılıb. O siniflərdə oxuyan uşaqların valideynləri də gəlib baxıb öz gözləri ilə gördülər. Əvəzində 5 yaşlı uşaqlar yeni korpusdakı otaqlara aparılıblar. II sinifdə oxuyan uşaqların 7 yaşı var, hazırlıq qruplarındakıların isə 5 yaşı. İndi özünüz fikirləşin, 5 yaş hara, 7 yaş hara? Ona görə də 5 yaşlıları məcburiyyət qarşısında qalıb yeni korpusdakı otaqlara yerləşdirdik. Bunu biz valideynlərlə də məsləhətləşdik. Yeni korpusda 5 yaşlı uşaqların tualetə getməsi problem deyil, çünki çox yaxındadır, amma köhnə korpusda olsaydılar, gərək ikinci mərtəbəyə qalxıb 10-11 siniflərin getdiyi tualetə gedəydilər. Amma II sinifdəki uşaqlar nisbətən böyükdürlər və özlərini idarə edə bilirlər. Məqsəd yalnız bu olub, başqa heç nə. Əsl həqiqət budur. İndi bu söhbəti kim ortaya atıbsa və hansı əqidəyə qulluq edirsə, Allahı və özləri bilər".
Direktor rüşvət tələb edilməsi məsələsinə də münasibət bildirib: "Bu tamamilə yalan söhbətdir. Əgər hansısa valideyn burada kiminsə rüşvət aldığını bir balaca sübut etsə, bizi yaradan Tanrıya and olsun, mən həmin müəllimin haqqında təqdimat yazıb məktəbdən çıxarmasam, Azərbaycan övladı kimi yediyim çörək burnumdan gəlsin. Biz Allahla iş görməliyik. Əgər düz iş görməsəm, Allah çörəyimi əlimdən alar. Onlar hamısı mənim balalarımdır. Mən onların arasında heç bir fərq qoymuram. Bura mənim dədəmin məktəbi deyil, uşaqlar da xalqımın, millətimin balalarıdır".
İlkin İzzət
Firdovsi Fərzəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü
-
Bakının mərkəzində mağaza yandı
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
XƏBƏR LENTİ
-
Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü
-
Bakının mərkəzində mağaza yandı
-
UEFA Superkubokunun qalibi bəlli oldu
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
14 il sonra ilk dəfə ət yedi - Göz yaşları "sel oldu" - (Video)
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib





