Ölkə

Dünyanın ən kiçik quşu Azərbaycanda - VİDEO

1 Oktyabr 2016 11:37
28 Şərh     Baxış: 26 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən kiçik quşu Azərbaycanda peyda olub.

Milli.Az xəbər verir ki, kolibriyə bir neçə gün əvvəl Qubanın Aşağı Xuc kəndində rast gəlinib. Kolibri kənddəki ailə təsərrüfatlarının birindəki gül bağçasında uçarkən görülüb.

Milli.Az həmin anın video görüntüsünü təqdim edir.

Qeyd edək ki, kolibrinin Azərbaycanda görünməsi heç də adi hal deyil. Belə ki, dunyada ən kiçik və geriyə uça bilən yeganə quş hesab edilən kolibrinin növləri daha çox Amerikada yayılıb. Onun 350-dən çox novü məlumdur. Ən boyuk növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibri quşunun uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Kolibrinin lələkləri o qədər gözəldir ki, qiymətli dasa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. 

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən olan şirə çəkərək qidalanır.

Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə  noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.

Zərif Nisə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dunyanın ən kiçik quşu Azərbaycanda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.