Ölkə

"Galendewagen"i ilə qəza törədən qadın kimdir? - Maşın Toğrula məxsusdur- YENİLƏNİB - FOTO

5 Avqust 2016 15:03
10 Şərh     Baxış: 13 084
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

15:03

Dünən Bakı şəhərində qəzaya uğrayan 99 CL 999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu barədə məlumat yayılsa da, sonradan bildirildi ki, guya Toğrul həmin avtomobili bir neçə ay əvvəl dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satıb.

Lakin avtosfer.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, sözügedən avtomobil Əsgərov Elman Nadir oğluna məxsusdur. Yəni, DYP-nin Mərkəzi İnformasiya Sistemində maşının sahibi bu şəxsdir. Lakin eyni zamanda, avtomobil etibarnamə ilə Əsgərov Toğrul Şəhriyar oğluna verilib. O zaman belə məlum olur ki, "Galik"i idarə edən xanım sürücünün bu avtomobili sürməyə hüququ yox imiş. Hazırda isə avtomobil elə olimpiya çempionu Toğrul Əsgərovun özündədir. Belədirsə, çempion qaydaları pozaraq avtomobili başqasına nədən verib və ya izi azdırmaq üçün maşını polisə satması barədə xəbəri niyə yayırlar?

Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen"in idarəetməsini itirərərək aşırıb.

Qeyd edək ki, 99 CL 999 dövlət nömrə nişanı əvvəllər T.Əsgərova məxsus "Porsche" markalı avtomobilin üzərində olub.

-----------

11:10

Bu gün Bakı şəhərində qəzaya uğrayan 99-CL-999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu iddiaları irəli sürülürdü.

Milli.Az criminal.az-a istinadən bildirir ki, həmin avtomobil, həqiqətən də, idmançıya məxsus olub. Lakin bir neçə ay əvvəl həmin avtomobili dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satıb.

Həmin polis zabitinin kimliyini isə öyrənmək mümkün olmadı.

Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen"in idarəetməsini itirərərk aşırıb.

Qeyd edək ki, 99 CL 999 dövlət nömrə nişanı əvvəllər T.Əsgərova məxsus "Porsche" markalı avtomobilin üzərində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.