Ölkə

Yeni binalarda sakinlərin kommunal ödəniş dərdi

25 İyul 2016 19:14
3 Şərh     Baxış: 22 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakinlərindən biri redaksiyaya məktubla müraciət edərək mənzil-tikinti kooperativlərinin (MTK) fəaliyyətindən şikayət edib. Onun fikrincə, əhalinin, son zamanlar, qarşılaşdığı ən böyük problemlərdən də biri də budur:

"Bizim yaşadığımız bina yeni tikilidir - Yeni Yasamalda "Pərvin-2" MTK-ya məxsusdur. Bilmək istəyirəm ki, yeni tikilən binalarda kommunal xidmətlər hansı qanunla tənzimlənir. Bu yaxınlarda binaya qaz verilib, qaz verilməmişdən əvvəl kommunal xidmət haqqı bir kvadrat metr üçün 20 qəpik idi, qaz veriləndən sonran qaldırıb eləyiblər 33 qəpik. Qeyd edim ki, bina hələ dövlətə təhvil verilməyib. Kim ki pulunu yeni qiymətlə vermir, işığını söndürürlər. Bu, hansı qanuna uyğundur? Biz, 180 mənzilin sahibi məhkəməyə müraciət etmək fikirindəyik".

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirmək üçün hüquqşünas-ekspert, vəkil Asif Abdullayevə müraciət etdik. Ekspert Milli.Az-a bildirdi ki, bəzi xidmətlər üzrə ödəniləri MTK-lar özləri müəyyənləşdirə bilərlər:

"Mənzil Məcəlləsinə əsasən, kommunal xidmətlərə görə ödənişlərin vaxtında və tam ödənməsi mütləqdir. Kooperativ üzvünün ona yaşayış sahəsi verildiyi andan, mülkiyyətçinin isə mülkiyyət hüququ qeydə alındığı gündən kommunal xidmət haqlarını ödəmək vəzifəsi yaranır. Məlumdur ki, işıq, qaz və su təchizatı ilə bağlı kommunal xidmətlərin həcmi qanunvericiliklə tənzimlənir. Amma binanın saxlanılması, idarə edilməsi, təmir xərcləri, lift pulu, mühafizə xərci, təmizlik və sair xərclərin qarşılanmasına dair konkret tariflər mövcud deyil. Belə olan halda isə bütün bu xidmətlər üzrə aylıq ödənişlər MTK tərəfindən müəyyənləşdirilir".

Vəkil qeyd edib ki, Mənzil Məcəlləsinə əsasən, mülkiyyətçilər binanın idarə edicisini özləri də seçə bilərlər: "Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi qaydada saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.