Ölkə

Vahid Mustafayev və Mirşahin prokurorluğa çağırıldılar - FOTO

19 İyul 2016 11:27
Baxış: 5 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ANS" Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və "ANS" Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.
 
Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.
 
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.