Novxanıda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, qəsəbəyə gedən yolda "VAZ 2121" (Niva) markalı, 20 BR 017 dövlət nömrə nişanlı minik avtomobili "KamAZ"a çırpılıb. Nəticədə "Niva"nı idarə edən 39 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az