Təhsil Nazirliyinin qərarının şagirdlərə təsiri - "Burnumdan qan gəlir, qol-ayaqlarımı hiss etmirəm" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ildən etibarən ümumtəhsil məktəblərində dərs müddətinin mayın 31-dən iyunun 14-dək uzadılması heç də bütün şagirdləri qane etmir.
Milli.Az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, bu hal hava şəraitinin daha isti keçdiyi Mərkəzi Aran bölgəsində xüsusi ilə nəzərə çarpır. Mingəçevir şəhər 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Seyidağa Həsənli deyir ki, günün isti saatlarında məktəbdən geri qayıtmaq onun üçün çətindir. "İstidən burnumdan qan gəlir, başım hərlənir, qol-ayaqlarımı hiss etmirəm", - deyə şagird Seyidağa Həsənli bildirib. Həkimlər isə deyir ki, havanın istiliyi uşaqların normal dərs qavramasına imkan vermir. Həmçinin, uşaqların səhhətində pozğunluqların meydana gəlmə ehtimalı var. "Uşaqlarda qusma halları, ishal, temperaturun artması müşahidə oluna bilər. Nəzərə alsaq ki, həm ətraf mühitin temperaturu olur, eyni zamanda bədən hərarəti də ərtaf mühitə uyğun olaraq artır. Yəni, bu cür hallar dediyim kimi diareya, ishal, qusma, baş ağrısı, baş gicəllənmə, burun qanaxmaları kimi fəsadlar törədə bilər", - deyə həkim Yeganə Abdullayeva vurğulayıb. Yarana biləcək problemlərlə əlaqədar bəzi şagirdlər tədris ilinin əvvəlki vəziyyətdə qalmasını istəyirlər.
"İndi havalar istidi deyə evə gəlib-getmək bir az çətinləşir. Deyirəm ki, məktəb vaxtını bir az aşağı salsalar, yaxşı olardı. İndi arada özümlə su aparıram, birdən yoruluram, kölgədə istirahət edirəm", - deyə şagird Fatimə Qasımlı bildirib.
Mingəçevir Şəhər Təhsil Şöbəsindən isə bildirilir ki, dərs ilinin uzadılması təhsilin inkişafına yönələn addımlardan biridir. Məqsəd şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılmasıdır. "Burada əsas məsələ ondan ibarətdir ki, tədris materiallarının ağır olması ilə əlaqədar şagirdlərdə tədris materiallarının keyfiyyətli mənimsənilməməsi məsələsi var idi", - deyə Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov vurğulayıb. Təhsil şöbəsindən o da deyilir ki, tədris ilinin iyunun 14-də yekunlaşmasına dair mütəmadi olaraq məktəblərdə reydlər də keçirilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
XƏBƏR LENTİ
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi







