Ölkə

Bu gün ilk sınaq imtahanı keçirildi - YENİLƏNİB

3 Aprel 2016 15:57
4 Şərh     Baxış: 4 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 32 şəhər və rayonda sınaq imtahanları keçirib. İmtahanlar Bakı və Gəncə də daxil olmaqla,  29 şəhər və rayonda ümumilikdə 61 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 123 abituriyent qeydiyyatdan keçib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə 5 mərkəzə 32 imtahan rəhbəri və 108 nəzarətçi müəllim cəlb olunub. 2 növbədə keçirilən sınaq imtahanlarında iştirak üçün Tovuzda 624, Qazaxda 674, Gəncə şəhərində isə 5088 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin qəbul imtahanlarına tam uyğun olmasıdır. 

Nəsimi Məmmədov - TQDK-nın Gəncə Regional Bölməsinin müdiri: "Keçirilən sınaq imtahanları tam qəbul imtahanlarına uyğun şəkildə aparılır. İstər buraxılış rejimi, istər imtahan prosesi zamanı vaxt rejimi, istərsə sual kitabçaları və cavab kartlarının uyğunluğu, istərsə də ümumi nəzarət olsun - hər biri tam şəkildə qəbul imtahanlarına uyğun şəkildə aparılır. Növbəti sınaq imtahanları aprelin 10-da, 24-də və mayın 8-də həyata keçiriləcək ki, artıq aprelin 10-u və 24-ü üçün qeydiyyat başa çatıb. May ayının 8-də keçiriləcək sınaq imtahanı üçün qeydiyyat isə aprelin 5-dən açılacaq".

---------

09:21

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 30 şəhər və rayonda sınaq imtahanları keçirir. 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba,  eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada təşkil olunacaq. 
 
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 123 abituriyent qeydiyyatdan keçib.
 
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar. 
 
Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.