YAP-ın seçki şüarı bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hakim Yeni Azərbaycan Partiyasının noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdəki şüarı "Yeni Hədəflərə Doğru" olacaq.
Bunu aznews.az-a açıqlamasında partiyanın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. Aydın Mirzəzadənin sözlərinə görə, partiya oktyabrın 9-dan ciddi şəkildə seçkiqabağı təşviqat-təbliğat kampaniyasına start verəcək: "Artıq təbliğatla bağlı hazırlıq işləri gedir. Demək olar ki, partiyanın bütün ərazi təşkilataları üzrə təbliğat qrupları yaradılıb. Yəni, tək bizim namizədlərimiz deyil, eyni zamanda ərazi partiya təşkilatlarının təbliğat qrupları da seçicilər arasında iş aparacaq. Eyni zamanda bütün seçki dairələri üzrə qeydə alınmış namizədlərimizin seçicilərlə görüş qrafikləri tutulub.
Görüşlər yerli icra hakimiyyətlərinin ayırdıqları yerlərdə olacaq. Həmçinin ayrı-ayrı kvartallarda da görüşlərimiz keçiriləcək. Təbliğat zamanı mətbuatdan və internet resurslarından da istifadə etmək fikrindəyik. Bizim təbliğatımız həm ümumi partiya, həm də namizdələrimizin təbii keyfiyyətləri üzərində qurulacaq. Demək olar ki, namizədlərimizin bir qismi artıq dairələrlə tanışdır. Onların təbliğatı özünü tanıtmış və təsdiq etmiş namizədin təbliği kimi gedəcək. Yeni olan namizədlərimizi isə seçicilərə daha çox tanıtmalı, seçicilərin onlara səs verəcəkləri təqdirdə onların problemlərinə hansı şəkildə diqqət yetirmələri xüsusi vurğulanacaq. Həmçinin deputatlığa namizədlərimizin özləri seçki təbliğatının texnologiyası haqda, seçicilərə və digər namizədlərə hörmətin yanaşılması, eyni zamanda onların digər namizədlərdən fərqinin nədən ibarət olmasının əsas aspektləri haqda məlumatlandırıblar".
Şöbə müdiri partiyanın proqramının da hazırlandığını qeyd edib: "Partiyanın seçki proqramı bukletlər şəklində çap olunub. Oktyabrın 9-dan sonra seçicilərə paylanılacaq".
Qeyd edək ki, YAP-ın irəli sürüdüyü bütün namizədlərin hər biri qeydə alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
XƏBƏR LENTİ
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı





