DİN-in I Avropa Oyunları zamanı fərqlənmiş əməkdaşları mükafatlandırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 14-də Daxili İşlər Nazirliyində (DİN) I Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların və təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşa mükafatların təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimi açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdiyi vurğulanıb.
Yarışların ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün böyük bir fəaliyyət ortaya qoyulduğu, belə nümunəvi və fədakar xidmətin həm xalqımız, həm də ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər və idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib.
Dövlət başçısının tapşırığı ilə I Avropa Oyunları zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 2145 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı, eyni zamanda, ərazi polis orqanlarından nazirliyin rəhbərliyinədək olan səviyyədə isə ümumilikdə təxminən 7 min nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu diqqətə çatdırılıb.
Nazir nümunəvi xidmətə görə bütün şəxsi heyətə təşəkkürünü bildirib.
Sonra Baş Kadrlar İdarəsənin rəis müavini, polis polkovniki Səfər Əliyev mərasimə dəvət olunmuş 155 əməkdaşın siyahısını elan edib.
Nazir R.Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar, möhkəm cansağlığı, ailə səadəti arzulayıb.
Tədbirin sonunda daxili işlər naziri mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən vəzifələri, möhtərəm dövlət başçımızın qarşıya qoyduğu bütün tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





