Mübariz Qurbanlı: ""Barselona"nın Bayern"i 3:0 məğlub etməsi..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm. Artıq bunun üçün biletlər də alınıb, hər şey hazırdır. Açılış mərasimindən sonra hansı yarışları canlı olaraq izləməyim isə iş rejimindən və zamanımdan asılı olacaq".
Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, o, əslində, bütün oyunlara həvəs göstərir və imkan daxilində onları maksimum izləməyə çalışacaq: "Bəyəndiyim idman növləri, ilk növbədə, güləş, üzgüçülükdür. Özüm gəncliyimdə, tələbəlik illərində ciddi şəkildə sərbəst güləşlə məşğul olmuşam. İndi gəzinti, üzmək idman sayılırsa, onlarla məşğul oluram. Amma keçmiş güləşçi kimi I Avropa Oyunlarını mütləq böyük həvəslə izləyəcəm".
M.Qurbanlı bildirib ki, onun ən çox sevdiyi idman növü futboldur. O, hətta azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: "Ən çox bəyəndiyim futbol yarışlarıdır. Amma təəssüf ki, futbol Avropa Oyunlarının proqramında yoxdur. Futbolda ən çox tərəfdaşı olduğum komanda isə İspaniyanın "Barselona" komandasıdır. Bir neçə gün əvvəl Çempionlar Liqasının yarımfinalında "Barselona"nın Almaniyanın "Bayern" komandasını 3:0 məğlub etməsi də çox sevindirici oldu. Əminəm ki, finalda "Barsa" olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub





