Riyaziyyatda yeni dövr: Biliklər beynəlxalq standartla ölçüləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Riyazi biliklər beynəlxalq standartla ölçüləcək.
Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Məleykə Abbaszadə bildirib ki, riyaziyyat üzrə beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlanması istiqamətində işlər görülür:
"Bizim fəaliyyət sahəmizə aid olan bütün beynəlxalq standartlarla çoxdan tanışıq. Ümumiyyətlə, bu sahədə çalışan mütəxəssislərin beynəlxalq təşkilatları var və biz həmin təşkilatın 1999-cu ildən üzvüyük. Elə bu il də həmin təşkilat tərəfindən bizə müvafiq sertifikatlar və təbriklər təqdim olunub. Bu, bizim sahənin inkişafına və elmə verdiyimiz töhfələrin beynəlxalq səviyyədə də qiymətləndirildiyini göstərir. Biz bu sahədəki yenilikləri və dəyişiklikləri daim izləyirik. Amma onların tətbiqi də mərhələli şəkildə, uyğun zamanda həyata keçirilir. Hər yeniliyin öz tətbiq mərhələsi var. Məsələn, hazırda bizi maraqlandıran layihələrdən biri beynəlxalq uyğunluq məsələsidir. Biz artıq müəyyən imtahanlarımızın səviyyələrini beynəlxalq standartlarla uyğunlaşdırmışıq. Məsələn, doktoranturaya qəbul üzrə xarici dil imtahanı B2, magistraturaya qəbul üzrə xarici dil imtahanı isə B1 və ya B1+ səviyyəsinə uyğundur. Bu uyğunluqla bağlı "Cambridge Assesment"lə araşdırmalar aparılıb və müvafiq təsdiqlər də əldə olunub. İndi istəyirik ki, xüsusilə riyaziyyat üzrə də beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlansın. Məsələn, deyə bilək ki, bizim 9-cu sinif riyaziyyat proqramı hansı beynəlxalq imtahanın hansı səviyyəsinə uyğun gəlir.
Bu nə üçün lazımdır? Ona görə ki, gənclər öz bilik səviyyələrini beynəlxalq meyarlarla müqayisə edə bilsinlər və bilsinlər ki, onların hazırlıq səviyyəsi beynəlxalq miqyasda hansı göstəriciyə uyğundur. Təbii ki, proqramlar müxtəlifdir və tam eyni deyil, amma müəyyən çərçivədə bu uyğunluğu müəyyənləşdirmək mümkündür. Biz bu araşdırmaları aparırıq və belə layihələri nəzərdə tuturuq".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
Əhməd Rəcəblidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Riyaziyyatda yeni dövr: Biliklər beynəlxalq standartla ölçüləcək
-
"General Hospital"ın fəaliyyəti dayandırıldı
XƏBƏR LENTİ
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
-
Əhməd Rəcəblidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Riyaziyyatda yeni dövr: Biliklər beynəlxalq standartla ölçüləcək
-
Şüyüdlü krep ruleti resepti
-
"General Hospital"ın fəaliyyəti dayandırıldı
-
Goranboyda qonşular dava etdi - Xəsarət alanlar var
-
Sabah Binəqədidə qaz kəsiləcək
-
Abituriyentlərin riyaziyyat, fizika və coğrafiya nəticələri aşağıdır - Məleykə Abbaszadə (MÜSAHİBƏ)
-
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
-
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - Yenilənib
-
Özbəkistan 2 kəndi qonşuya verdi
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - (Foto)
-
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
-
Elçin İsmayılova "Space"də yüksək vəzifə verildi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək
-
İmtahan bitən kimi “ictimai ekspertiza başlayır” - Məleykə Abbaszadə
-
Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram"





