Adi ipoteka üzrə növbəti seçim mərhələsi keçirilib.
Milli.Az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi üzrə bugün saat 11.00-da seçim prosesi keçirilib.
Milli.Az-a müraciət edən bir sıra vətəndaşlar ipoteka kreditlərinin saniyələr ərzində bitdiyini bildiriblər:
"15 saniye limit doldu, bankı seçib növbəti düyməni vurduqdan sonra sistem işləmədi".
Bir sıra vətəndaşlar isə 11.01-də artıq sistemdə limitlərin bitdiyinin göründüyünü bildiriblər:
"1 dəqiqəyə limit qurtardı. Hansı banka vurursan bankın vəsaiti mövcud deyil yazdı. Bu insanları dolamaqdır. Limitlər 1 dəqiqəyə necə bitir ? saat 11:00 da açdım 11:01 də bitdi limit. Həmişəki kimi limitlər yoxa çıxdı. . "Suspicious_attemtp_two" "error"u verir, sonra yoxlayanda da limit yoxdur".
Xatırladaq ki, 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb. Güzəştli ipoteka üzrə seçimlər isə 6 mart saat 11.00-da olacaq.
Mehman Əsəsdov
Milli.Az





