13 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında möhtəşəm konsert proqramı baş tutacaq. Dirijor pultu arxasında Mustafa Mehmandarov olacaq.
Konsertdə tanınmış ifaçılar - Səbinə Quliyeva (violin), Səbuhi Axundov (viola) və Məqsəd Əzizov (zurna) çıxış edəcəklər.
Proqramda Azərbaycan bəstəkarlarının parlaq simfonik əsərləri - Azər Rzayevin "Simfonik lövhələr"i, violin, viola və orkestr üçün ikili Konserti, Fikrət Əmirovun "Böyük dayaq" filmi əsasında yazılmış simfonik süitası (işləmə M.Mehmandarov), eləcə də Cavanşir Quliyevin zurna və orkestr üçün Uvertürası səslənəcək.
Bu konsert Azərbaycan simfonizminin zəngin palitrasını, milli alətlərin orkestr fakturasında yeni səslənmə imkanlarını nümayiş etdirərək dinləyicilərin yaddaşında dərin iz buraxacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





