Ölkə

“Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı” adlı mühazirə keçirilib - FOTO

6 Fevral 2026 15:34
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində "Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı" adlı mühazirə keçirilib.

Mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, K.Kazımzadə irsinin tədqiqatçısı Sevil Kərimova tərəfindən təqdim olunub.

Tədbirdə görkəmli sənətkar, Azərbaycan Milli İncəsənət Muzeyinə 50 ilə yaxın dövrdə rəhbərlik etmiş K.Kazımzadənin Azərbaycan  təsviri sənətində tutduğu mövqe, zəngin yaradıcılıq irsi, əsərlərinə xas bədii üslub xüsusiyyətləri və milli incəsənətin inkişafına verdiyi töhfələr elmi-nəzəri aspektdən təhlil olunub, fədakar muzey xadimi kimi gördüyü işlər haqqında ətraflı bəhs edilib.

Tədbirin sonunda K.Kazımzadənin oğlu Aydın Kazımzadə çıxış edərək muzeyin 90 illik yubileyi çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib. O, muzeyin tarixində dərin iz qoymuş şəxsiyyətlər haqqında belə  tədbirlərin keçirilməsini mədəni irsin yaşadılması və peşəkar təcrübənin paylaşılması  baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.