Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub. Konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir.
Konsertdə tar, kamança, saz və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olunub. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.
Konsertdə Əməkdar artist Fəridə Məlikova və tələbələri, Əməkdar artist İlham Nəcəfov və tələbələri, ifaçılar Ramin Rzayev, Rüfət Həsənov, Natəvan Həsənova, Mirhüseyn Əsədullayev, Məhta Məhəmmədəlizadə, Aygül Qədirova, Qəlbinur İbarhimli, Vaqif Təhməzov, Mirnofəl Həsənov çıxış ediblər. İfaçıları Svetlana Əhmədova, Rəna Zəkiyeva, Lalə Əhmədova, Orxan Sultanov, Eldar Zərbəliyev, Ruhulla Dadaşov, Vəfadar Ramizzadə müşayiət edib. Tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanan layihənin növbəti konserti 23 fevral tarixində reallaşacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





