Ölkə

“Sazın səsi, sözün nəfəsi” adlı aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunub - FOTO

2 Fevral 2026 16:22
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Sazın səsi, sözün nəfəsi" adlı aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunub. Konsert ustad aşıq Ədalət Nəsibovun xatirəsinə ithaf olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Elçisi Sahib Paşazadə konsertin "Sazın səsi, sözün nəfəsi" layihəsi çərçivəsində ilk tədbir olduğunu deyib.

O bildirib ki, layihə il boyunca ayda bir dəfə təşkil edilməklə davam edəcək. Layihənin məqsədi klassik aşıq sənətinin ifaçılıq və ustad-şagird ənənəsini tamaşaçıya səhnə formatında təqdim etməkdir.

Layihə həm maarifləndirici, həm də bədii-estetik xarakter daşıyır. Əsas məqsədimiz Azərbaycan klassik aşıq sənətinin tarixi dəyərini geniş auditoriyaya çatdırmaqdır. Ustad aşıqların yaradıcılığını təbliğ etmək, gənc aşıqların çıxışına meydan yaratmaq, folklor irsinin müasir səhnədə yeni tərzdə təqdim etməkdir.

Professor Asif Rüstəmli bildirib ki, bu cür layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Aşıq Ədalət təkcə saz çalmırdı, o, həm də sazı bir mədəniyyət hadisəsi kimi təqdim edir, onu dinləyiciyə sevdirir, sazın səsini milli yaddaşın, mənəvi varlığın daşıyıcısına çevirirdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, aşıqşünas İlhamə Qəsəbovanın aparıcılığı ilə keçən gecədə bildirilib ki, layihənin konsertlərində solo saz ifaçılığı, dastanlarımızdan nümunələr, ifaçılıq məharəti, deyişmələr və xor lirikası da təqdim ediləcək. Burada aşıqlar həm də aşıq poeziyasının seçilmiş parçalarını səsləndirəcəklər. Musiqi ifaçılığında aşıqlarımız klassik havalara üstünlük verəcəklər.

Konsertdə Aşıq Çingiz Mehdipur, Aşıq İlham Aslanbəyli, Aşıq Şaiq İncəli, Aşıq Nazim Quliyev, Aşıq Elməddin Məmmədli, Aşıq Nargilə Mehdiyeva, Aşıq Eldar Bağırov, Aşıq Əli Zeynalabdinov və Aşıq Vüqar Kamandaroğlu çıxış ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.