Ölkə

Sənədsiz evlərlə bağlı vacib XƏBƏR - Rəsmi qurum açıqladı

29 Yanvar 2026 11:44
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var. 

Milli.Az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova deyib. 

"Hər hansı sənədi olmayan tikililərə sənədlərin verilməsinə təbii ki, baxıla bilər. Bugünkü mərhələdə istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır. Özbaşına tikililərin qanunla qadağan olduğunu bilməliyik. Bununla bağlı həm kommunal proseslərdə, həm də sənədləşməsində sonradan problem yaranır". 

O bildirib ki, Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur.

"Bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır", -deyə N.Alimova əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.