Ölkə

Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək

29 Yanvar 2026 10:09
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Millki.Az xəbər verir ki, hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.

Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər. /Baku TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.