Ölkə

BDU-da “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda konfrans keçiriləcək

14 Yanvar 2026 08:55
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Dövlət Universitetində (BDU) yanvarın 15-də "Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində" mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

Milli.Az xəbər veirir ki, konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub.

Tədbirdə media qurumlarının rəhbərləri ilə birgə audiovizual mediada dil normalarının tətbiqi, həmçinin yeni media mühitinin yaratdığı çağırışlar elmi baxımdan təhlil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.