Ölkə

Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12 Yanvar 2026 22:10
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır.

Milli.Az-ın məlumatına görə, bu barədə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib.

O, bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval - Azərbaycan-ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır.

O, bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq:

"Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub",-deyə o, söyləyib.

Direktor əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur:

"Mövcud şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur".

Bundan əlavə, iclasda daha bir yenilik də açıqlanıb.

Belə ki, yeni tədris ilindən etibarən 2-9-cu siniflərdə ingilis və rus bölmələrində təhsil alan şagirdlər Azərbaycan bölməsi üçün nəzərdə tutulan Azərbaycan dili dərsliklərindən istifadə edəcəklər. Bununla da bütün bölmələrdə Azərbaycan dili həftəlik 5-9 saat həcmində tədris olunacaq. (modern.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.