Ölkə

Sabahdan bu metrostansiyasının çıxışlarından biri bağlanacaq

6 Yanvar 2026 17:51
Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşıl xəttin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq.

"Döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə:
Keçid qismən sərnişinlər üçün açıq olacaq
Stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

Sərnişinlərdən məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - qurumdan əlavə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.