Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.
Heç bir rəsmi dövlət qurumu hələlik milli fəalın həbsinin məsuliyyətini üzərinə götürməyib.
Onun harada saxlanıldığı və həbs səbəbi barədə də məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Yürüş Mehrəlibəyli İranda baş qaldıran etiraz aksiyalarını dəstəkləyib və azərbaycanlıların da öz milli şüarları və tələbləri ilə aksiyalar keçirmələrinin vacibliyini bildirib.
Milli.Az





