Ölkə

Azərbaycanda bir sıra tütün şirkətləri borca düşüb - SİYAHI

5 Yanvar 2026 14:15
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bir sıra tütün şirkətləri borca düşüb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, "Elvin Tobacco MMC"nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 1 581 886.31 manat vergi borcu mövcuddur. 2017-ci ildə dövlət qeydiyyatına alınmış bu şirkətin qanuni təmsilçisi Həşim Cəfərovdur.

"Premium Tobacco"nun Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 52 562.01 manat borcu mövcuddur. 2023-cü ildə dövlət qeydiyyatına alınmış bu şirkətin qanuni təmsilçisi İbrahim Aslanovdur.

Bundan əlavə, Ruslan Məmmədquliyevə məxsus "Tobacco 2024" və "Tobacco CC 2025" şirkətlərinin də müvafiq olaraq 24 702.93 manat və 4 684.52 manat vergi borcu vardır. 

Məlumat üçün onu da bildirək ki, son iki ildə milyonlarla manat vergi borcu yığılmış Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan "Cahan Tabak Beynəlxalq" MMC-nin isə hazırda heç bir vergi borcu mövcud deyil. Ötən ay şirkətin Naxçıvan Şəhər Vergilər İdarəsinə vergi borcu 790 936.31 manat borcu olub. Şirkətin 2024-cü ildə isə dövlət qarşısında borcunun miqdarı 10 561 321 manata çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.