Ölkə

Problemli kreditlərin həcmi yenidən ARTDI - çıxış yolu

28 Dekabr 2025 13:43
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

Milli.Az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bu ilin yay aylarınadək bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcələrinin artması problemli kreditlərin həcminə təsir göstərib.

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.

Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var. // Xəzər TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.