Ölkə

Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər

23 Dekabr 2025 14:20
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva ilə müəllim Aynur Cəfərova arasında uzun müddət davam edən qalmaqal məhkəmə yolu ilə həll olunub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, direktor məhkəməyə müraciət edərək müəllim və onun atası, rayonda həkim işləyən Şakir Qasımovun sosial şəbəkədə onun barəsində təhqir və böhtan xarakterli paylaşımlar etdiyini bildirib. Y. Fərzullayeva hər iki şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəzalandırılmasını tələb edib.

Məhkəmədə müəyyən olunub ki, A. Cəfərova və atası sosial şəbəkədə Y. Fərzullayeva haqqında "rüşvətxor", "korrupsioner", "saxta izahatlar alan" və "dələduz" kimi ifadələrdən istifadə ediblər.

A. Cəfərova bildirib ki, narazılıq onun dərs saatlarının azaldılması ilə bağlı yaranıb. Atası Ş. Qasımov isə qızının dərs saatlarının qanunsuz azaldıldığını və buna görə paylaşım etdiklərini qeyd edib. Hər iki şəxs baş verənlərə görə direktor qarşısında üzr istəyiblər.

Məhkəmə qərarına əsasən, Aynur Cəfərova 1000, Şakir Qasımov isə 1500 manat məbləğində cərimə edilib.

Fotoda: Yaxşıxanım Fərzullayeva

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.