Ölkə

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

23 Dekabr 2025 10:03
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Finnair" aviaşirkətinə məxsus, Helsinki - Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumet verilib.

Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.

Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.

Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou - Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.

Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.