Ölkə

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib - FOTO

17 Dekabr 2025 13:40
Baxış: 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 dekabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

MEDİA-dan Trend-ə verilən məlumata görə, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Bildirilib ki, iclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə Şurasının üzvlərinə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.