Ölkə

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOlar

9 Dekabr 2025 10:10
Baxış: 65
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən "Əqli mülkiyyət və süni intellekt" mövzusunda beynəlxalq konfransın ilk günü yekunlaşıb.

Milli.Az Trend-ə istinadla xəbər verir ki, konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev, ÜƏMT-nin Əqli Mülkiyyət və Qabaqcıl Texnologiyalar departamentinin direktoru Ulrike Till, Rəqəmsal, inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və digərləri çıxış ediblər.

Konfrans çərçivəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Süni intellektin əqli mülkiyyatda istifadəsi: riyazi köklərdən praktiki və fəlsəfi-hüquqi aspektlərədək" mövzusunda, ÜƏMT-nin Əqli Mülkiyyət və Qabaqcıl Texnologiyalar departamentinin direktoru Ulrike Til "Ümumi baxış: Süni İntellekt və Əqli Mülkiyyət Siyasəti", Yaponya Patent İdarəsinin Ekspertiza Siyasətinin Planlaşdırılması Ofisinin müdir müavini Takuya Ueshima "Süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi mövzusunda məruzə ediblər.
Fasilədən sonra mövzunun davamı olaraq Fransa Patent və Əmtəə Nişanı İdarəsindən Damien Filippini, Koreya Respublikasının Əqli Mülkiyyət Nazirliyinin, Məsnəaçıqarma və Metallurgiya Ekspertizası Bürosunun baş direktoru Park Yongju məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.