Ölkə

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

12 Noyabr 2025 17:47
Baxış: 369
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb.

Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2021-2023-cü illərdə mədəniyyət nazirinin müşaviri, daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib. Əvvəllər isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.